Onlayn ictimai-siyasi qəzet
44 yaşlı A.Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə iyulun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır. /APA
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ