İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçidən ŞOK ETİRAF: “İsrail başıma oyun açdı” – İran rəsmilərinin bitməyən Təl-Əviv travması

İranın xarici işlər naziri Abbas Əraqçi verdiyi son müsahibəsində diqqətçəkən etiraflar səsləndirib.

Musavat.com-un xəbərinə görə, nazir bildirib ki, müharibə dövründə onun yaşadığı evin qarşısındakı binaya atəş açılıb və bu hadisənin arxasında İsrailin dayandığına dair ciddi şübhələr mövcuddur.

Əraqçinin sözlərinə görə, həmin dövrdə o, bir dəfə Türkiyəyə səfəri zamanı avtomobilinin üzərində İsrailə məxsus müşahidə dronlarının uçduğunu görüb. Bu səbəbdən dərhal mobil telefonunu söndürməyə məcbur qalıb:

“Hiss etdim ki, izlənirəm. Avtomobilimin üzərində dronlar var idi. Bu, sadəcə təsadüf ola bilməzdi. Telefonumu söndürdüm və marşrutumu dəyişdim”.

Bu açıqlamalar bir daha göstərir ki, İran rəhbərliyində İsraillə bağlı dərin və kollektiv bir “Təl-Əviv travması” hökm sürür.

Əvvəlki açıqlamalarda da digər generallar və rəsmilər eyni ilə “İsrailin onları izlədiyi, evlərini, hətta ailələrini hədəfə aldığı” barədə fikirlər səsləndiriblər. Məsələnin ironik tərəfi isə budur ki, İran hakimiyyətində kim danışırsa, məlum olur – hamısının İsrail qorxusu bir növ genetik kod halına gəlib.

Ekspertlər bildirirlər ki, İsrailin kəşfiyyat və texnoloji üstünlüyü İran rəsmilərində daimi gərginlik və özünə inamsızlıq yaradıb. Bu isə rejimin daxilindəki narahatlığın səviyyəsini də ortaya qoyur.

“Molla rejimi yalnız xarici düşmənlərdən deyil, daxildəki kölgələrindən də qorxur”, - deyə ekspertlər qeyd edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR