Onlayn ictimai-siyasi qəzet
Yəmən vətəndaşı İrandan Azərbaycana qanunsuz yolla keçən zaman saxlanılıb. Həmin şəxs dindirilərkən İrandan Azərbaycana “Google Maps” tətbiqi vasitəsi ilə gəldiyini deyib.
Musavat.com xəbər verir ki, həbs edilən 39 yaşlı Abdulrazzaq deyib ki, Yəməndən İrana tursit kimi gəlib. Məqsədi Azərbayacana keçdikdən sonra Rusiyaya, oradan da Amerika Birləşmiş Ştatlarına getmək olub.
Onun sözlərinə görə, İranada bir neçə gün turist kimi qaldıqdan sonra “Google Maps” tətbiqi vasitəsi ilə Azərbaycanla sərhəddə gəlib. O, gecə saat 23 radələrində İran sərhəddini keçərək Azərbaycana tərəf hərəkət etməyə başlayıb. Azərbaycana keçən zaman Dövlət Sərhəd Xidmətinin əgərləri tərəfindən gecə saat 2 radələrində Astara rayonu, Diqo kəndini yaxınlığında saxlanılıb.
Abdulrazzaq 3 saat ərzində meşə və çöllük ərazidən xəritə vasitəsi ilə keçdiyini deyib. O, əməlindən peşman olduğunu deyərək yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Abdulrazzaq 1 il həbs cəzası alıb. Cəzası başa çatdıqdan sonra Azərbaycandan məcburi şəkildə çıxarılacaq.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ