İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 2030-cu ilədək Marsa adam göndərmək istəyir – Nazir

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyə ümid edir. Musavat.com xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri və Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsini icra edən Şon Daffi Fox News-a müsahibəsində deyib: "Biz orada baza tikməyə başlamaq üçün Aya faydalı yüklər göndərməyə başlamaq, sonra isə 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. Bu, səkkiz aylıq missiya olacaq. Ümid edirəm ki, gələn apreldə göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçacaq. Sonra biz Aya enərək orada 8-12 gün qalacağıq. Ayda ən uzun müddət 3 gün olub".

Bundan əvvəl Daffi bildirmişdi ki, ABŞ Donald Trampın prezidentlik müddəti başa çatana qədər Aya astronavt endirməyi gözləyir. 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət “Artemida” Ay proqramı layihəsini açıqladı. Bunlardan birincisinə (I Artemida) “Orion” gəmisinin Ay ətrafında pilotsuz uçuşu və onun Yerə qayıtması daxildir. Uçuş 2022-ci il noyabrın 16-dan dekabrın 11-dək baş tutub. İkinci mərhələ (Artemis II) gəminin ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşudur. Üçüncü mərhələdə (Artemis III) NASA astronavtları Aya endirməyi və sonra onları Marsa göndərməyi gözləyir.

Artemida II və Artemida III əvvəlcə müvafiq olaraq 2022 və 2024-cü illər üçün planlaşdırılırdı, lakin bu tarixlər dəfələrlə geri çəkildi. Ötən ilin dekabrında NASA onları 2026-cı ilin aprelinə və 2027-ci ilin ortalarına köçürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR