Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Musavat.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 17 yaşlı Quluzadə İqbal İlqar oğlu kanalda çimərkən boğularaq ölüb.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, İqbal bu il məzun olubmuş. O, 476 balla BDU-nun Filologiya fakültəsinə qəbul olunubmuş. Elə dünən bu münasibətlə ailəsi tərəfindən qonaqlıq təşkil edilib. Bədbəxt hadisə isə bundan sonra baş verib.
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ