Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Vaşinqtonun avropalı müttəfiqlərinə Rusiya neftinin alınmasını dayandırmaları üçün təzyiq etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatında ACI beyin mərkəzinin təşkil etdiyi şam yeməyində çıxış edərkən deyib.
Onun sözlərinə görə, avropalılar Rusiyadan neft alışını tam dayandırmalıdır: "Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?" .
Tramp vurğulayıb ki, Uitaker “bunun uzun müddət davam etməsinə imkan verməyəcək”.
Onun fikrincə, Uitaker bu məsələdə ABŞ müttəfiqləri ilə məsləhətləşməlidir: "Mett, onlar Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danışacaqsan? Zəhmət olmasa, onlarla danışın".
Amerika lideri qeyd edib ki, onun administrasiyası ABŞ-ın neft hasilatını artırmaq və onun maya dəyərini azaltmaq üçün addımlar atır: "Biz həqiqətən onu (neftin qiymətini-red.) aşağı salırıq. Biz onu aşağı salmaq istəyirik".
Trampın fikrincə, neftin qiymətinin “bir az daha aşağı düşməsi” Ukraynadakı münaqişənin “avtomatik bitməsinə” gətirib çıxaracaq.
Musavat.com
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ