Onlayn ictimai-siyasi qəzet
Daşkəsən rayonunda kişi evə gec gələn arvadını döyüb.
Hadisə rayonun Zağalı kəndində baş verib.
Axşam saatlarında sərxoş vəziyyətdə evə qayıdan S.Əliyev həyat yoldaşını və qonaqları evə qayıtmadığını görüb, onlara zəng vurub. O, həyat yoldaşından evin açarlarının yerini soruşub. Həyat yoldaşı evin açarlarının yerini desə də, S.Əliyev açarları tapmayıb və onları gözləyib.
Qadın evə gəlib və açarları dediyi yerdən götürüb qapını açıb. Evə daxil olan cütlük arasında mübahisə başlayıb. Mübahisə nəticəsində S.Əliyev həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.
Qadın hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.
Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.//Oxu.az
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ