İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropadakı hərbi kontingentini çıxarır?

ABŞ rəhbərliyi Avropada yerləşən hərbi qüvvələrinin üçdə birini geri çəkməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.

Məlumata görə, Vaşinqton Avropadakı qüvvələrin ciddi şəkildə yenidən yerləşdirilməsini nəzərdən keçirir. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) qlobal qüvvə düzülüşü ilə bağlı araşdırmasının yekun hesabatı sentyabrda təqdim ediləcək və qərar həmin sənədə əsasən veriləcək.

Hazırda Avropada təxminən 90–100 min ABŞ hərbçisi yerləşir. Mümkün ixtisarlar Hind-Sakit okean regionunda artan gərginlik, eləcə də xaricdə hərbi mövcudluqla bağlı xərclərin azaldılması istəyi ilə izah olunur.

Məlumata əsasən, ABŞ-ın dünyada 1000-ə yaxın hərbi bazası var və 80-dən çox ölkədə təxminən 170 min amerikalı hərbçi yerləşir. Ən böyük kontingent Yaponiya, Almaniya və Cənubi Koreyada saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR