İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropadakı hərbi qüvvələrini kəskin azalda bilər – 30%-lik geriçəkilmə gündəmdə

Vaşinqton dünya üzrə hərbi qüvvələrinin yerləşdirilməsinə yenidən baxır və bu kontekstdə Avropada ciddi dəyişikliklər baş verə bilər.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, ABŞ rəhbərliyi hazırda Avropadakı kontingentini 30 faiz azaltmağı müzakirə edir.

Hazırda qitədə 90-100 min arası Amerika hərbçisi yerləşdirilib. NATO-dakı yüksək rütbəli bir mənbə, adının açıqlanmaması şərtilə "Politico"-ya bildirib ki, bu say təxminən üçdə bir nisbətində azaldıla bilər.

Qərarın sentyabr ayında açıqlanması gözlənilir və ABŞ Müdafiə Nazirliyi qlobal miqyasda hərbi iştirakını daha çevik və prioritetli şəkildə tənzimləməyi planlaşdırır. Bu addımın arxasında həm maliyyə yükünün azaldılması, həm də Asiya-Sakit okean bölgəsində artan təhlükəsizlik çağırışlarına daha çox diqqət yönəltmək dayanır.

Ekspertlər bu addımın NATO daxilində balanslara və Rusiya ilə qarşıdurmanın fonunda Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir edə biləcəyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR