İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakı ilə İrəvan arasında sülh prosesindən razıdır – Dövlət Departamentindən açıqlama

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tammi Bryus Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair Dövlət katibi Marko Rubionun açıqlamasını şərh edib.

Musavat.com xəbər verir ki, o, rəsmi Vaşinqtonun danışıqlarda əldə olunan irəliləyişlərdən məmnun olduğunu bildirib.

Bryusun sözlərinə görə, ABŞ danışıqlarda bir sıra məsələlərin həllində birbaşa iştirak edir və bu, Vaşinqtonun regional sülhə verdiyi dəstəyin göstəricisidir.

“Bu, dövlət katibinin vacib bir açıqlaması idi. Biz əldə olunan razılaşmalar, atəşkəsin davamlılığı və müsbət dəyişikliklərlə bağlı məmnunluğumuzu bildiririk. Dövlət katibinin bunu demək üçün əsasları var və ətraflı məlumat aldıqdan sonra onları da sizinlə bölüşəcəyik,” – deyə Tammi Bryus vurğulayıb.

Qeyd edək ki, Dövlət katibi Marko Rubio yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bəyan etmişdi. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR