Onlayn ictimai-siyasi qəzet
ABŞ hüquq-mühafizə orqanları 13 nəfərdən ibarət erməni cinayətkar qruplaşmanın üzvlərini saxlayıb. Onlara qarşı ağır ittihamlar irəli sürülüb.
Musavat.com-un məlumatına görə, qruplaşma üzvləri qəsdən adam öldürməyə cəhd, adam oğurluğu, qeyri-qanuni silah saxlama, bank və maliyyə fırıldaqları, həmçinin Amazon onlayn platformasından ümumilikdə 83 milyon dollar dəyərində mal oğurluğunda ittiham olunurlar.
Əməliyyat zamanı təxminən 100 min dollar nağd pul, üç ədəd zirehli avtomobil və 14 ədəd atəş açmağa yararlı silah ələ keçirilib.
Bu hadisə ABŞ-da fəaliyyət göstərən erməni kriminal şəbəkələrinin miqyasını və onların mütəşəkkil cinayətə cəlb olunma dərəcəsini bir daha üzə çıxarıb.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ