Onlayn ictimai-siyasi qəzet
Ağ Ev administrasiyası əfqanların ABŞ-a köçürülməsi proqramlarını dayandırır.
Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" (WP) yayıb.
Dövlət Departamentinin rəsmiləri ilə müsahibələrə və WP-nin əldə etdiyi sənədlərə görə, Ağ Ev Əfqanıstandan olan 250 000-dən çox insana yardım göstərmək üçün yaradılmış proqramları ləğv edir. Qəzet yazır ki, proqrama daxil olanların çoxu indi Əfqanıstana geri göndəriləcəklərindən və orada Taliban tərəfindən "qisas" alacaqlarından qorxurlar.
Qeyd olunur ki, ştatların ixtisarı nəticəsində Dövlət Departamenti dəstəyə ehtiyacı olan əfqanların ABŞ-a köçməsi üçün yardıma cavabdeh olan departamenti ləğv edib.
Bundan əvvəl Tramp BƏƏ-dən deportasiya təhlükəsi altında olan əfqan qaçqınların yerləşdirilməsinə köməklik göstərəcəyini vəd etmişdi. ABŞ-ın 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra BƏƏ-nin ABŞ-dakı səfirliyi ölkənin öz ərazisində 5 min əfqan qaçqını qəbul edəcəyini açıqlayıb. İndi isə BƏƏ onları geri qaytarmaq istəyir.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ