İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrana daha bir zərbə: Neftinin əsas alıcıları sanksiya siyahısına salındı

ABŞ Çinin neft emalı zavodu və terminal operatorlarına İran neftinin tədarükünə kömək etdiklərinə görə sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.

Bildirilir ki, “Hebei Xinhai Chemical Group Co.” şirkəti və üç terminal operatoruna “yüz milyonlarla dollar dəyərində İran neftinin əldə edilməsində və ya daşınmalarını dəstəkləməkdə oynadıqları rola görə” sanksiyalar tətbiq edilib. Bununla yanaşı, Çin, Honq-Konq, Böyük Britaniya, Sinqapur və Marşal Adaları Respublikasından olan bir sıra digər hüquqi şəxslər də Amerika məhdudiyyətlərinin təsiri altına düşüb. Həmçinin “İranın kölgə donanması”na aid olan neft tankerlərinə və onların kapitanlarına da sanksiyalar tətbiq edilib.

Ümumilikdə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilən məlumata əsasən 2 fiziki şəxs, 11 hüquqi şəxs və 6 tankerə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, bu, son 2 həftədə İran neftinin satışında, ixracında və daşınmasında iştirak edən fiziki və hüquqi şəxslərə, həmçinin tankerlərə qarşı 3-cü sanksiya qərarıdır. Donald Tramp administrasiyası İranın neft ixracı imkanlarını əlindən almaqla onu nüvə danışıqlarında güzəştlərə məcbur etməkdə qərarlıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR