Onlayn ictimai-siyasi qəzet
ABŞ Xirosimaya atılandan 24 dəfə güclü olan "B61-13" adlı yeni nüvə bombasını nümayiş etdirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni bomba əvvəlki "B61-12" versiyasından müasir təhlükəsizlik, dəqiqlik və müdafiə sistemlərini miras alıb, lakin daha böyük dağıdıcı gücə malikdir.
Bomba yeraltı komanda məntəqələri kimi mürəkkəb və yaxşı qorunan hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
"B61-13" bombalarını daşımaq və istifadə etmək üçün "B-2 Spirit" və "B-21 Raider" strateji görünməz bombardmançı təyyarələri nəzərdə tutulur.
2023-cü ildə Pentaqonun qərarı ilə başlanan layihə Rusiyanın və Çinin nüvə proqramları da daxil olmaqla artmaqda olan təhdidlərlə əlaqələndirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ