İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın hava hücumlarına görə İran BMT-ni təcili toplantıya çağırdı

İran Birləşmiş Ştatların ölkə ərazisinə endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib və bu hadisəni beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, Tehran bu məsələnin dərhal qlobal səviyyədə müzakirəyə çıxarılmasını tələb edir.

İranın BMT-dəki daimi nümayəndəsi Amir Səid İravani BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın baş katibinə göndərdiyi rəsmi məktubda ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava zərbələrinin “vəhşicəsinə və cinayətkar akt” olduğunu bəyan edib.

“ABŞ-ın İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hərbi təcavüz beynəlxalq hüququn və BMT Nizamnaməsinin icrası məcburi olan normalarının açıq-aşkar pozulmasıdır. Bu cür barbar və qanunsuz hərəkətlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi və uzunmüddətli nəticələr doğura bilər,” – deyə məktubda bildirilir.

İravani əlavə edib ki, İslam Respublikası İran bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir. Məqsəd – ABŞ-ın bu “qanunsuz təcavüz aktının” dərhal müzakirə olunması və beynəlxalq ictimaiyyətin rəsmən mövqe ortaya qoymasıdır.

İran diplomatiyası BMT çərçivəsində bu hücuma hüquqi-siyasi qiymət verilməsinə çalışır və ABŞ-ın təkbaşına hərbi əməliyyatlarını qlobal təhlükəyə çevrildiyini bildirir. Rəsmi Tehran bu addımı yalnız İrana deyil, ümumilikdə beynəlxalq hüquq sisteminə yönəlmiş hücum kimi qiymətləndirir.
Analitiklərə görə, İranın bu addımı ABŞ-ın hərəkətlərinə qarşı beynəlxalq dəstək toplamaq və Vaşinqtonu diplomatik təcridə salmaq üçün hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR