İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İrana qarşı əməliyyata qoşulması reallaşa bilər

ABŞ-ın İrana qarşı hərbi əməliyyata qoşulacağı barədə məlumatlar yayılır və onlar inandırıcı görünür.

Musavat.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial media hesabında qeyd edib.

Onun sözlərinə görə, "İran problemi"in həlli üçün çoxdan axtarılan fürsət əldə edilib: “İsrail İranın hərbsizləşdirilməsi və nüvəsizləşdirilməsinə nail olmadan dayanmaq niyyətində deyil. Lakin İran strateji dərinliyi olan, ərazicə böyük dövlətdir, hərbi obyektləri dislokativ baxımdan əks-mərkəzləşdirilib. Bu səbəblərdən İsrail ABŞ-ın aktiv dəstəyi olmadan qarşısına qoyduğu məqsədlərə qısa müddətdə nail ola bilməz, uzanan müharibəyə isə hərbi potensialı yetməz.

Xüsusən Qum yaxınlığında, yerin altında yerləşən Fordo nüvə zənginləşdirmə mərkəzini sıradan çıxarmaq üçün ABŞ-ın strateji bombardmançılarına və bunkerdələn bombalarına ehtiyac var”.

Ş.Cəfərliyə görə, Trampın ilk prezidentliyi dövründə nüvə razılaşmasından çıxmaqla bugünkü vəziyyətə zəmin hazırlamış adam olduğunu unutmaq olmaz: “Obamanın müəlliflik etdiyi anlaşma İranın nüvə proqramına son qoymurdu, raket proqramını isə ümumiyyətlə əhatə etmirdi. Bu səbəbdən İsrail dövlətinin, İsrail lobbilərinin və respublikaçılar daxilindəki xristian-sionist çevrələrin basqısı ilə Tramp o sazişdən birtərəfli qaydada çıxaraq hərbi varianta yol açmış oldu”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR