İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: “İran nüvə silahı əldə etmək yolundadır” – Pentaqon həyəcan içində

Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ Müdafiə Nazirliyi – Pentaqon, İranla bağlı sensasion açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Pentaqon rəhbəri Pit Xeqset İranın nüvə silahı əldə etmək yolunda olduğunu bəyan edib.

“Əldə etdiyimiz məlumatlara əsasən, İran nüvə silahı əldə etməyə doğru addımlar atır”, – deyə Xeqset bildirib.

Bu açıqlama ABŞ-İran münasibətlərinin kritik mərhələyə çatdığını bir daha sübut edir. Son aylarda regionda baş verən diplomatik böhranlar, qarşılıqlı hərbi təhdidlər və səfirliklərin təxliyəsi ilə müşayiət olunan proseslər İranın nüvə proqramının artıq təhlükəli mərhələyə keçdiyini göstərir.

Pentaqonun bu bəyanatı təkcə ABŞ ictimaiyyətinə deyil, həm də regiondakı müttəfiqlərə ünvanlanmış ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, bu açıqlamadan sonra Qərbin, xüsusilə də NATO və Aİ ölkələrinin Tehranla bağlı mövqeyində sərtləşmə gözləniləndir. İranın mümkün silahlanması təkcə İsrail üçün deyil, bütün bölgə, o cümlədən Azərbaycan üçün də strateji təhlükə hesab olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR