Onlayn ictimai-siyasi qəzet
ABŞ Hizbullah hərəkatının bir sıra yüksək vəzifəli şəxsləri və onun maliyyələşdirilməsində iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin açıqlamasında yer alıb.
Bildirilir ki, "İran və Livanda yerləşən bu şəxslər Hizbullahın rəhbərliyi ilə əməkdaşlıq edir və beynəlxalq donorlardan əhəmiyyətli vəsaitlərin köçürülməsinə şərait yaradırlar ki, bu da Hizbullahın maliyyələşdirilməsində mühüm rol oynayır": "Dövlət Departamenti əvvəllər Hizbullahı beynəlxalq terror təşkilatları siyahısına daxil etdiyi üçün bu tədbirlər terrorizmlə mübarizə çərçivəsində həyata keçirilir. Tədbirlər Tramp administrasiyasının İrana və Hizbullah kimi ona yaxın təşkilatlara təzyiq etmək siyasətinə uyğundur”.
Departament qeyd edir ki, Livana dəstək davam etdiriləcək: "Birləşmiş Ştatlar Hizbullahın terrorçuluğu maliyyələşdirməsini və İranın bölgədəki dağıdıcı təsirini aşkar edərək Livana dəstək verməyə sadiqdir. İran və Hizbullahın Livanı girov saxlamasına icazə verilə bilməz. Birləşmiş Ştatlar bu qrupun Livan xalqını və regionu bir daha təhdid etməməsi üçün əlindən gələn bütün vasitələrdən istifadə etməyə davam edəcək".
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ