İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zirə"nin futbolçusu cərimələnəcək – Rəşad Sadıqovdan AÇIQLAMA

"Zirə"nin futbolçusu Rafael Utsiq klub tərəfindən böyük cərimə ilə üzləşəcək.

Milli.Az-ın məlumatına görə, klubun baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlama verib və braziliyalı futbolçu Rafael Utsiqin vəziyyətinə toxunub.

Sadıqov Utsiqin düşərgədə iştirak etmədiyini və bu səbəbdən futbolçunun klub tərəfindən böyük məbləğdə cərimə ilə üzləşəcəyini qeyd edib. Məşqçi Utsiqin birillik müqaviləsinin olduğunu xatırladıb və əlavə edib ki, "futbolçu transferə çıxarılıb, lakin o, heyətə qayıdarsa, cərimələnəcək. Bu barədə futbolçuya məlumat verilib".

Qeyd edək ki, "Zirə" "Qarabağ"la keçirdiyi yoldaşlıq oyununda 4:0 hesabı ilə məğlub olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR