İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR

Rusiyada jurnalist restoran əməkdaşına hücum edib

Musavat.com AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vilayətində “Kрив ТВ” televiziya kanalının əməkdaşı Aleksey Kuznetsov “Nar Şərab” restoranında çalışan Telli adlı xanıma hücum edib.

Hadisə nəticəsində zərərçəkən qadın bədən xəsarətləri alıb. Məlumata görə, səhər saatlarında restoran bağlı olsa da, dörd nəfər şəxs obyektin yaxınlığına gələrək çəkiliş aparmağa və sonradan içəri daxil olmağa cəhd edib.

Restoranın əməkdaşı Telli xanım onlara restoranın hələ açılmadığını bildirdikdə, həmin şəxslər aqressiv reaksiya göstəriblər. Gözlənilmədən Aleksey Kuznetsov qadına yaxınlaşaraq onu yerə yıxıb və sürüməyə çalışıb.

Hadisə Rusiya Federasiyasının Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib. İnsident təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR