Onlayn ictimai-siyasi qəzet
ABŞ prezident Trampın qərarı ilə Kanadadan gələn mallara 35% rüsum tətbiq ediləcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti konkret hansı məhsul kateqoriyalarına yeni tariflərin tətbiq ediləcəyi ilə bağlı təfərrüatları hələ açıqlamayıb.
Bu qərar iki qonşu ölkə arasında ticarət qarşıdurmalarının yeni mərhələsinə başlaya bilər. Kanada ABŞ-ın əsas ticarət tərəfdaşlarından biridir.
Ekspertlər xəbərdarlıq edir ki, tariflərin kəskin artırılması hər iki ölkənin avtomobil sənayesi, kənd təsərrüfatı və enerji sektoruna ciddi ziyan vura bilər.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ