Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Hindistandan idxal olunan mallara 25 faizlik idxal rüsumları tətbiq etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
Son bir neçə günü qolf oynadığı və iş görüşmələri keçirdiyi Şotlandiyada qalan Amerika liderindən ABŞ və Hindistan arasında ticarət sazişinin hazırlanmasının başa çatıb-çatmadığını aydınlaşdırmaq istənilib: “Bildiyim qədər, yox. Görəcəyik. Hindistan yaxşı dost olub, lakin o, bizim mallardan demək olar ki, hər bir ölkədən daha yüksək rüsum alıb. Amma indi mən hakimiyyətdəyəm və bunu etmək mümkün deyil".
Daha əvvəl “The Indian Express” qəzeti öz mənbələrinə istinadən xəbər vermişdi ki, danışıqlar prosesində nəzərəçarpacaq irəliləyişin olmaması səbəbindən Hindistan və ABŞ arasında yeni ticarət sazişi üzrə məsləhətləşmələr havadan asılı vəziyyətdədir. Nəşrin yazdığına görə, Vaşinqton Amerika mallarının Hindistan bazarına rüsumsuz çıxışı təmin etməkdə israrlıdır. Yeni Dehli isə ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi rüsumların 15 faizi keçməməsini tələb edir. Bundan əlavə, Hindistan Amerika silahları, təbii qaz və nüvə reaktorlarını almağa hazır olduğunu açıqlayıb.
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ