İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Hindistana Rusiyaya görə sərt cəza: Avqustun 1-dən...

ABŞ Hindistandan idxala 25 faiz rüsum tətbiq edir. Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Truth Social hesabında açıqlayıb: “Avqustun 1-dən etibarən 25 faizlik tarif qüvvəyə minir”.

Amerika prezidenti əlavə edib ki, Hindistan "hərbi texnikasının böyük əksəriyyətini həmişə Rusiyadan alıb və Çinlə birlikdə Rusiyadan ən böyük enerji alıcısıdır".

Buna görə də Tramp avqustun 1-dən bu siyasətə görə “Hindistan üçün cəzaların tətbiq olunduğunu” vurğulayıb.

Eyni zamanda Amerika lideri qeyd edib ki, Hindistan ABŞ-ın “dostudur”: "Lakin son illər ərzində biz onlarla nisbətən az iş apardıq, çünki onların tarifləri çox yüksəkdir, dünyada ən yüksəklərdəndir və onlar həmçinin istənilən ölkənin ən sərt və ən xoşagəlməz qeyri-tarif ticarət maneələrinə malikdirlər".

Bu həftənin əvvəlində Tramp Hindistanla razılaşma əldə oluna bilməsə, Hindistan idxalına tariflərin 25 faizə qədər ola biləcəyi ehtimalını səsləndirmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR