Onlayn ictimai-siyasi qəzet
Almaniyanın xarici işlər naziri İohann Vodeful bildirib ki, əgər İsrail İordan çayının Qərb sahilini ilhaq edərsə, Almaniya Fələstin dövlətini tanıma prosesini sürətləndirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nazirin sözlərinə görə, iki dövlətin yaradılması ilə bağlı qərar bu münaqişənin hər iki tərəfində yaşayan insanlar üçün sülh, təhlükəsizlik və ləyaqətli həyat təmin edə biləcək yeganə yoldur.
“Almaniya üçün Fələstin dövlətinin tanınması bu prosesin son mərhələsidir. Lakin belə bir proses artıq başlanmalıdır”, – deyə Vadepul vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Kanada, Fransa, Böyük Britaniya və Malta da Fələstini tanımaq niyyətində olduqlarını açıqlayıblar.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ