Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin şərqində irəliləyir. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir. Geolokasiya görüntüləri Ukrayna ordusunun Qulyapolun şimal-şərqində yerləşən Temirivkaya nəzarəti bərpa etdiyini göstərib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində - Dibrovanın cənubu və Limanın şərqində bir neçə istiqamətdə irəliləyişi qeydə alınıb. Ukrayna qoşunları Velikimixaylivka istiqamətində irəliləyərək, Malivka üzərində nəzarəti bərpa edib.
Rusiya neftini daşıyan ən azı dörd tanker Hindistanın qərb sahillərində qapalı qalıb.
Bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, gecikməyə səbəb Hindistanın ABŞ və Avropa İttifaqının təzyiqləri fonunda Rusiya neftinin alınmasından ehtiyatlanmasıdır.
Sözügedən gəmilər Camnaqar yaxınlığında lövbər salmış icazəli “Axilles” və “Elita” gəmiləridir. Daha iki tanker, “Destan” və “Horae” dənizdə lövbər salıb.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp Rusiya neftinin alıcılarını yüksək idxal rüsumları ilə hədələdikdən sonra Yeni Dehli Hindistanın neft emalı zavodlarını digər ölkələrdən neft almaq planlarını hazırlamağa çağırıb. Keçən həftə Hindistanın dövlət neft emalı zavodlarının ABŞ-ın 100 faiz tariflərindən qorxaraq Rusiya neftinin alışını artıq dayandırdığına dair məlumatlar yayılmışdı.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ