İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: separatçı bəluclar və kürdlər təzyiqi artırırlar

İranla sərhəd yaxınlığında kürd və bəluc qrupları fəallığını artırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İranın İraqla qərb sərhədi yaxınlığında, eləcə də Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələrinə hücumlar getdikcə daha çox baş verir.

Ekspertlərin fikrincə, bu cür fəallıq son İran-İsrail münaqişəsinin birbaşa nəticəsidir.

Xaricdə fəaliyyət göstərən və İranın biznes elitasına yaxın olan “Amwaj Media” nəşrinin məlumatına görə, etnik azlıqlar yaşadıqları bölgələrin islam respublikasından ayrılması ideyasını dəstəkləyirlər. Son hadisələrdən biri də Zahedanda (Sistan və Bəlucistan əyalətinin inzibati mərkəzi) ictimai asayişə nəzarət edən yarı-rəsmi hərbiləşdirilmiş qüvvələrin Bəsic batalyonlarının komandiri Cavad Kərim Koştenin öldürülməsi olub.

İyulun 26-da 6 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən Zahedan ədliyyəsinə hücum isə başqa bir epizoddur.

Eyni zamanda, İran-İsrail münaqişəsi başa çatdıqdan sonra hazırda ölkənin qərbində Kürdüstan əyalətində yerləşən Bana şəhərində İran sərhədçiləri ilə hərbiləşdirilmiş qruplar arasında müntəzəm toqquşmalar baş verir.

İran kürd və bəluc qruplarının hərəkətlərini birbaşa “Amerika-İsrail sui-qəsdi” ilə əlaqələndirir. Məsələn, İranın Kəşfiyyat Nazirliyinin münaqişənin nəticələri ilə bağlı son hesabatında deyilir ki, yəhudi dövləti keçən ay bəluc separatçılarının himayəsi altında yüzlərlə əcnəbi muzdlu cəlb etməyə və təşkilatlanmağa cəhd edib və onların fəaliyyəti hazırda İranın hüquq-mühafizə orqanları tərəfindən izlənilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR