İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu Trampın namizədliyini dəstəkləyən milyarderin şirkəti ilə nəhəng saziş imzaladı

ABŞ ordusu məlumat və kəşfiyyat məlumatlarının toplanması üçün qabaqcıl proqram təminatının hazırlanması üzrə ixtisaslaşan Palantir Technologies şirkəti ilə 10 milyard dollarlıq müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, müqavilə 2035-ci ilədək olan dövrü əhatə edir. Sənədə əsasən, ABŞ Ordusunun rəhbərliyi süni intellekt (AI) və böyük məlumatların təhlili texnologiyalarının hərbi fəaliyyətə inteqrasiyasını sürətləndirmək, habelə subpodratçıların xərclərini azaltmaq üçün Palantir Technologies-ə daxil olan 75 proqram təminatının hazırlanması müqaviləsini birləşdirmək qərarına gəlib.

2024-cü ilin dekabrında Amerika şirkətləri Anduril Industries və Palantir Technologies orduda süni intellekt tətbiqetmə tempini sürətləndirmək üçün konsorsium yaratdıqlarını elan ediblər. Hazırda hər iki şirkət süni intellektə əsaslanan kəşfiyyat və hədəfləmə sistemini inkişaf etdirməyə yönəlmiş ABŞ Ordusunun TITAN (Tactical Intelligence Targeting Access Node) proqramında iştirak edir.

Bundan əvvəl “The New York Times” yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası müxtəlif dövlət qurumlarının maraqları naminə Amerika vətəndaşları haqqında məlumatların, o cümlədən şəxsi məlumatların toplanması üçün Palantir Technologies-dən fəal şəkildə istifadə edir. Şirkət 2016-cı ildə ilk seçki kampaniyasına 1 milyon dollardan çox ianə bağışlayan və Trampın 2024-cü ildə yenidən prezident olmaq niyyətini açıq şəkildə dəstəkləyən amerikalı milyarder Peter Thiel-ə məxsusdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR