İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənsum İbrahimov: “Bizi görüb kövrəldi”

“Dünən bizi görüb reaksiya verdi, kövrəldi. Uzun illər onunla çiyin-çiyinə çalışmışıq. O qədər gözəl, sadə insan idi ki, onunla heç vaxt darıxmırdıq”.

Musavat.com xəbər verir ki, bu sözləri xanəndə Mənsum İbrahimov mərhum muğam ustadı, Xalq artisti Arif Babayevlə vida mərasimində deyib.

O qeyd edib ki, Arif Babayevi həm dövlət, həm də xalq sevirdi:

“100 il sonra da o unudulmayacaq. Ümid edirdik ki, aramıza qayıdacaq. Şəxsiyyət, ictimai xadim idi. İstəyərdim ki, son mənzilə alqışlarla yola salaq”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR