Onlayn ictimai-siyasi qəzet
Türkiyədə “Pegasus” hava yollarına məxsus Sofiyadan İstanbula uçan beynəlxalq reysin sərnişinləri ekipajın tələblərinə əməl etmədiklərinə görə cərimələniblər.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
PC272 reysindən yayılan videoda üç sərnişinin stüardessanın ingilis dilində etdiyi “yerlərinizə əyləşin” çağırışına baxmayaraq, təyyarənin keçidində ayaq üstə dayandığı görünür. Eyni zamanda, təyyarə salonunda həm türk, həm də ingilis dillərində “təyyarə tam dayanmayana qədər qalxmayın” elanları səsləndirilib.
Məlumata görə, mayın 2-dən qüvvəyə minmiş yeni qaydaya əsasən, Türkiyə hava yolları ilə uçan sərnişinlər bu qaydanı pozduqları halda təxminən 70 dollar məbləğində inzibati cərimə ilə üzləşə və hava yolu şirkətinin “qara siyahısı”na düşə bilərlər. Sənəddə bu qərarın, son zamanlar təyyarədə siqaret çəkmə halları və “təhlükəsizlik kəmərini bağlayın” işarəsi sönməmiş ayağa qalxan sərnişinlərin sayının artması fonunda qəbul edildiyi vurğulanır.
Türkiyə rəsmiləri bildiriblər ki, bu cərimənin tətbiqində məqsəd təyyarədən eniş zamanı təhlükəsizlik və nizam-intizamı təmin etməkdir.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ