İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kəssə hər kim tökülən qan izini”, alar “Nobel”i - Kamboca Trampı sülh mükafatına namizəd göstərir

Kamboca hakimiyyəti ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə krallığın baş nazirinin müavini Sun Şanthol bildirib.

“O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, həm də digər xidmətlərinə görə Nobel sülh mükafatını almalıdır”, - o, The Wall Street Journal-a müsahibəsində deyib.

Baş nazirin müavini qeyd edib ki, Amerika prezidentinin müdaxiləsi olmasaydı, Kamboca və Tailand, yəqin ki, sərhəd bölgəsində hərbi əməliyyatları dayandırmaq üçün razılığa gələ bilməzdilər. O əlavə edib ki, Pnompen Ağ Ev rəhbərinin namizədliyini mükafatı verən Nobel Komitəsinə təqdim etmək niyyətindədir.

Qeyd edək ki, bundan öncə Pakistan hakimiyyəti də analoji təşəbbüslə çıxış edib. İslamabad bu niyyətini Hindistanla arasında başlanmış qısa çəkən müharibədən az sonra bildirmişdi. Tramp Hindistana və Pakistana təzyiq edərək müharibəni dayandırılmasına nail olub.

Ancaq hələlik Trampın Rusiya-Ukrayna və İsrail-HƏMAS savaşlarını dayandırmağa gücü çatmır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR