İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı “Best Model of Azerbaijan”ın borcu yaranıb

“Best Model of Azerbaijan” MMC-nin vergi borcu yaranıb. MMC vergi öhdəliklərini yerinə yetirmədiyi üçün də cərimə olunub.

Musavat.com xəbər verir ki, MMC-nin hazırda vergiyə yaranmış borcu 8 min manata yaxındır.

MMC vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə də maliyyə sanksiyası ilə üzləşib.

Şirkətin qanuni təmsilçisi və direktoru Elxan Paşayevdir.

Xatırladaq ki, “Best Model of Azerbaijan” Azərbaycanda bir çox model layihələrinin, müxtəlif festivalların təşkilatçısı olub. Şirkətin təşkil etdiyi model yarışlarındakı seçimlər bəzən qalmaqallı və müzakirələrə səbəb olub. Həmin seçimlərin ədalətli olmaması ilə bağlı iştirakçıların narazılıqları da olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR