İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadının evinə gizli girən oğru görün nə etdi - ŞOK VİDEO

İspaniyanın Kosta del Sol bölgəsində yaşayan bir qadın evinə gizlicə daxil olan oğrunun görüntülərini polisə təqdim edib.

Musavat.com xəbər verir ki, hadisə gecə saatlarında baş verib, oğru evdə 32 dəqiqə gəzərək 8 dəfə qadının yataq otağına daxil olub.

Təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə maskalı şəxsin qadının üzərinə fənər tutaraq bədəninə diqqətlə baxması əks olunub.

Hadisədən sonra yaşadığı qorxu barədə danışan qadın bildirib ki, hələ də gecələr tualetə tək gedə bilmir və evdəki təhlükəsizlik kameralarını daim yoxlayır. O, psixoloji dəstək almağa başlayıb və bu dəhşətli anları sosial şəbəkədə paylaşaraq oğrunun tutulması üçün ictimaiyyətin köməyini istəyib.

“Kameraya baxanda şoka düşdüm. O adam mənə daim baxırdı. Bu, sadəcə oğurluq deyildi, başqa niyyəti var idi. Bəs o gecə tək olsaydım, oyanıb onunla qarşılaşsaydım nə olardı? Nə olacağını belə düşünmək istəmirəm”,-deyə qadın bildirib.

Polisin bildirdiyinə görə, oğru evdən yalnız 300 avro dəyərində pul kisəsini götürüb, digər qiymətli əşyalar və qadının oğlunun əşyalarına toxunmayıb. Bu isə onun əsl niyyətinin oğurluqdan daha fərqli ola biləcəyi şübhəsini artırıb.

Hadisənin görüntüləri polisə təqdim olunub və oğrunun tapılması üçün axtarışlar davam edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR