İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya korrupsiya sənayesinin iç üzü: müdafiə zavodu necə şəxsi bankomata çevrilir?

Dünən Rusiya mətbuatında “Rostex” rəhbəri Sergey Çemezov və onun yaxın silahdaşlarının Dubayın elit “22 Karat” yaşayış kompleksindəki milyonluq villaları haqqında xəbərlər çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  yerli müstəqil media “Rostex” şeyxlərin Rusiya müdafiə sənayesindən pulları necə çıxardıqlarını ifşa edən materiallar yayımlayıb.

Bu məqsədlə araşdırmaçılar “Rostex”in tərkibinə daxil olan Ramen Texniki Qurğular Konstruktor Bürosunu (RPKB) incələyiblər.

SSRİ dövründən bəri bu müəssisə Rusiya ordusunun əksər döyüş təyyarə və helikopterləri üçün avadanlıq hazırlayır.

d91bb38c-bbaf-4dcb-8ad2-c3acbb9cf6ec.jpeg (6 KB)

2013-cü ildə “Rostex” RPKB-ni özünün subholdinqi olan KRET-in idarəsinə verib. O zaman KRET-ə Çemezovun Dubaydakı qonşusu Nikolay Kolesov rəhbərlik edirdi. Paralel olaraq, Kolesov və daha bir “dubaylı” – Aleksandr Mixeyev RPKB-nin Direktorlar Şurasına daxil olublar. Mixeyev eyni zamanda, “Rostex”in digər subholdinqi olan “Rusiya Helikopterləri”nə rəhbərlik edir – bu qurum həm də RPKB-nin sifarişçisidir.

315647ac-74ee-486d-8b5e-da7806e0e732.jpeg (158 KB)

2014-cü ildə RPKB-nin 62%-i Çemezova yaxınlığı ilə tanınan iş adamı Viktor Qriqoryevlə əlaqəli olan “AeroPromInvest” şirkətinə verilir. 2015-ci ildə isə Kolesovun komandasına daxil olan başqa bir şirkət “AeroPromInvest”in ortağına çevrilir. Bu da faktiki olaraq RPKB üzərində tam nəzarət deməkdir.

4066fa89-a309-4f49-8fc3-d76b9ccd95dd.jpeg (14 KB)

2017 – RPKB Kolesova məxsus şirkəti 520 milyon rubla (təxminən 8,6 milyon dollar) satın alır. Eyni zamanda, onun bankından 1,5 milyard rubl (təxminən 25,9 milyon dollar) kredit götürür. 2017–2018 – RPKB səhmdarlarına 6,3 milyard rubl (təxminən 110 milyon dollar) dividend ödəyir. 2018–2020 – RPKB öz səhmlərini səhmdarlardan geri alır. Bu əməliyyat Kolesovla əlaqəli şirkətlərə ən azı 19 milyard rubl (təxminən 259 milyon dollar) qazandırır.

1b0099f5-b6a2-464d-bfd3-198afc22a07e.jpeg (161 KB)

Bu pullarla, məsələn, 2018-ci il Dünya Çempionatı üçün yeni bir stadion tikmək, yaxud vilayət üçün onkoloji müalicə mərkəzi açmaq mümkün idi. Və ya bu məbləğ “22 Karat” kompleksindəki villaların yarısını almağa yetərdi – həmin villalar ki, Çemezov, Mixeyev və Kolesovun adına sənədləşdirilib.

Bu tip maliyyə sxemləri dövlət resurslarının “şəxsi qazanc maşınına” çevrilməsi prosesini açıq şəkildə göstərir və Rusiyada dövlət idarəetməsinin korrupsiya səviyyəsinə dair ciddi suallar doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR