İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ukraynaya BÖYÜK DƏSTƏK – RAZILIQ VERİLDİ

ABŞ Senatının Komitəsi Ukraynaya 1 milyard dollar həcmində yardım ayrılmasını dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsində Ukraynaya hərbi yardımın davam etdirilməsi üçün bir sıra maddələr üzrə vəsaitin ayrılması nəzərdə tutulur:

USAI proqramı çərçivəsində ehtiyaclar üçün 800 milyon dollar;

“Baltik Təhlükəsizlik Təşəbbüsü” proqramı çərçivəsində 225 milyon dollar.

Bundan əlavə, 2026 və 2027-ci maliyyə illəri üçün aşağıdakı istiqamətlər üzrə yardım paketləri planlaşdırılır:

Ukraynaya hərbi yardım üçün 3 milyard dollar;

Təcili yardım üçün 500 milyon dollar;

“Ukrayna üçün FMF” proqramı üzrə 300 milyon dollar;

PDA təşəbbüsü çərçivəsində 6 milyard dollar;

Hüquq-mühafizə, antikorrupsiya orqanları və vətəndaş cəmiyyətinin inkişafı üçün 200 milyon dollar;

Ukrayna iqtisadiyyatına dəstək üçün 500 milyon dollar;

ABŞ–Ukrayna–Tayvan pilotsuz uçuş aparatları təşəbbüsü üçün 1 milyard dollar.

Qeyd edək ki, bu yardım paketi Ukraynanın davam edən müharibədə dayanıqlığını artırmaq və müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR