Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, buna səbəb Azərbaycan Xarici İşlər Nazirliyinin gecə saatlarında yayımladığı sərt bəyanat olub.
Nazirlik TASS-ın Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı xəbərində istifadə edilən ifadələrin yolverilməz olduğunu bildirərək agentliyin rəsmi üzr istəməsini tələb edib və əks halda “müvafiq addımlar” atılacağını bəyan edib.
İlk dəyişiklik gecə yarısı – başlıqda “Stepanakert” sözü “Dağlıq Qarabağ”la əvəz olundu.
İkinci dəyişiklik isə ertəsi gün günorta saatlarında gəldi – başlıqda artıq rəsmi Bakının təkid etdiyi şəkildə “Qarabağ” ifadəsi yer aldı.
TASS-ın bu addımı Mixail Qusmanın agentlikdən uzaqlaşdırılmasından sonra orada müşahidə olunan ermənipərəst meyillərin daha da güclənməsi fonunda baş verir.
Ekspertlərin fikrincə, agentlik son dövrlərdə Ermənistanın maraqlarına uyğun informasiya dili və ritorika ilə çıxış edirdi.
Xüsusilə, Qarabağ mövzusunda yayımlanan materiallarda qərəzli ifadələr, guya “Dağlıq Qarabağ”ın hələ də mövcud olduğu təəssüratı yaradacaq başlıqlar geniş yer alırdı.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin ardıcıl, prinsipial və diplomatik təzyiqi nəticəsində TASS bu cəhdlərdən geri çəkilməyə məcbur olub.
Bu hadisə sübut edir ki, Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya və diplomatiya cəbhəsində də irəliləyir. Rəsmi Bakının təmkinli, amma qətiyyətli mövqeyi sayəsində Rusiya kimi informasiya nəhəngi belə dilini düzəltmək məcburiyyətində qalır.
İndi isə sual budur: bu prosesdə Azərbaycanı faktiki olaraq yalançılıqda ittiham edən, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu məsələni necə şərh edəcək?
Rəsmi Bakının tələb etdiyi növbəti diplomatik addım Şvıdkoyun mövqeyinə və sözlərinə aydınlıq gətirilməsi ola bilər.
Xatırladaq ki, bir neçə gün öncə Mixail Şvıdkoy Azərbaycanın mövqeyinə zidd bəyanatlar səsləndirmiş, regionda sülh və əməkdaşlıq mühiti əleyhinə çıxış etmişdi.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ