İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Rusiyaya dəhşətli zərbə: Dövlət zavodları neft alışını dayandırdı

Hindistanın dörd ən böyük dövlət neft emalı zavodu Rusiya neftinin alışını dayandırıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters sənaye mənbələrinə istinadən yayıb. Söhbət  Indian Oil Corp (IOC), Hindustan Petroleum Corp (HPCL), Bharat Petroleum Corp (BPCL) və Mangalore Refinery Petrochemical Ltd (MRPL) şirkətlərindən gedir.

Reuters yazır ki, onlar son bir həftə ərzində Rusiya neftini tələb etməyiblər, lakin alternativ tədarüklər, əsasən də Yaxın Şərq və Qərbi Afrika nefti üçün spot bazara üz tutublar. Bu, ABŞ prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə rüsum tətbiq etməklə hədələməsi, eləcə də neftə endirimlərin azaldılması səbəbindən baş verib.

Hindistanda Rusiya neftinin ən böyük alıcıları özəl şirkətlər Reliance Industries və Nayara Energy olaraq qalır. Lakin bazarın əsas payına nəzarət dövlət neft emalı zavodlarındadır. Onlar Hindistanın sutkada 5,2 milyon barel olan ümumi emal gücünün 60 faizdən çoxuna malikdirlər. Üstəlik, ötən həftə Avropa İttifaqı nəzarət səhm paketi Rusiyanın Rosneft dövlət şirkətinə məxsus olan Nayara Energy-yə qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada 50 gün ərzində atəşkəs razılaşmasına nail olmadığı təqdirdə Rusiya və ondan neft alanlara 100 faiz tarif tətbiq edəcəyini vəd edən bəyanat verib. Daha sonra o, müddəti 10 günə endirib. İki həftə sonra ABŞ prezidenti bəyan edib ki, ABŞ avqustun 1-dən etibarən Rusiyadan hərbi texnika və enerji aldığına görə Hindistana “cərimə” tətbiq edəcək.

 Hindistan Rusiya neftinin ən böyük alıcıdır. Rusiyadan bu ölkəyə gündəlik ixrac 2 milyon bareldən yuxarı idi. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR