Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hazırda hakimiyyət daxilində vəziyyət qeyri-müəyyəndir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.
Qəzetin iddiasına sgörə, son günlər ərzində Nikol Paşinyan sanki “gözlərdən itib”: o, heç bir paylaşım etmir, kilsə ilə bağlı proseslərə dair planlarını izah etmir və nə vaxt konkret addımlar atacağı, ümumiyyətlə atacaqmı – bu, hələlik məlum deyil. “Demək olar ki, ‘Vətəndaş Razılaşması’ daxilində vəziyyət aydın deyil. Hamı gözləyir: nə olacaq və nə vaxt olacaq?”,-deyə qəzetin yazısında qeyd olunub.
İqtidar partiyasında son günlər prezident Vaaqn Xaçaturyanın qəfil səhnəyə çıxması da geniş müzakirələrə səbəb olub. Uzun illər prezident iqamətgahını tərk etməyən Xaçatryan artıq bir neçə gündür ki, Sünik vilayətinin müxtəlif kəndlərini gəzərək qeyri-adi bəyanatlar verir.
“Xaçatryan kənd sakinləri ilə qeyri-adi tərzdə ünsiyyət qurur, dövlətin maliyyə problemlərinin olmadığını bildirir, Sünik sakinlərinə gülümsəyərək müraciət edir. Dünən isə o, Gorusun meri Aruşanyanı tərifləyib və onun şəhəri “yaxşı qoruyub saxladığını” söyləyib. Hakimiyyət daxilində əvvəlcə prezidentin niyə “ön plana çıxdığı”, daha sonra isə Nikol Paşinyanın niyə “yoxa çıxdığı” ilə bağlı ciddi müzakirələr gedir”,-deyə yazıda qeyd olunub.
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ