Onlayn ictimai-siyasi qəzet
Ukraynada davam edən müharibənin iqtisadi zərərləri təxminən 2,5 trilyon dollar təşkil edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ən böyük iqtisadi itki ilə Rusiya üzləşəcək, bu rəqəm 1,69 trilyon dollar civarındadır.
İkinci yerdə isə Ukrayna qərarlaşıb, təxminən 386 milyard dollar.
Lakin ümumi daxili məhsula (ÜDM) nisbətdə baxıldıqda, ən ağır itkiyə Ukrayna məruz qalıb. Belə ki, Kiyevin itkiləri ÜDM-in 193 faizinə bərabərdir. Rusiya isə bu göstəricidə ikinci yerdədir, ÜDM-in 92,3 faizi həcmində zərər dəyib.
Bu nəticələr Berklidəki Kaliforniya Universitetinin iqtisadçıları Yuri Qorodniçenko və Vittal Vasudevanın apardığı tədqiqatın nəticəsində ortaya çıxıb.
Hesabat müəllifləri bildirirlər ki, müharibənin uzun sürməsi onun nəticələrini tam şəkildə qiymətləndirməyi çətinləşdirir. Bununla belə, artıq bu mərhələdə ilkin hesablamaların aparılması zəruridir.
İqtisadçılar hesab edirlər ki, bu cür hesablamalar təkcə itkilərin miqyasını anlamaq üçün deyil, eyni zamanda Ukraynanın gələcək bərpası üçün strateji əsasların hazırlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ