Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda ət qiymətlərini ölkənin Kənd Təsərrüfatı Nazirliyi tənzimləyəcək.
Musavat.com xəbər verir ki, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilir ki, qərar Nazirlər Kabineti sədrinin müavini - su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Məlumata görə, dövlət tənzimləməsinin məqsədi ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarət etmək, mal-qaranın ixracına kəmiyyət məhdudiyyətləri qoymaqdır.
Nazirlik yanında Baytarlıq, Heyvandarlıq, Otlaq və Yem Təsərrüfatlarının İnkişafı Xidmətinə mal-qaranın daşınması ilə məşğul olan fərdi sahibkarlar üzərində baytarlıq-sanitariya nəzarətini gücləndirmək, sərhəd xidməti ilə birlikdə qaçaqmalçılıqla mübarizə sahəsində konkret tədbirlər görmək tapşırılıb.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ