İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məhkəməsi Trampın Pоrtlendə qoşun göndərməsini dayandırdı

ABŞ-da prezident Donald Trampın etiraz aksiyalarına qarşı sərt addımı məhkəmədən geri qaytarılıb.

Musavat.com xəbər verir ki, federal hakim Karin Immerqut Trampın Oreqon ştatının Pоrtlend şəhərinə 200 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstərişini müvəqqəti dayandırıb. Məhkəmə qərarına əsasən, 18 oktyabra qədər şəhərə qoşun yeridilə bilməz. Hakim bildirib ki, Pоrtlenddəki aksiyalar ordunun müdaxiləsini tələb edən səviyyədə təhlükə yaratmır.

Qərar, Oreqon baş prokurorunun iddiası əsasında qəbul edilib. Prokuror Trampın addımını ştatın hüquqlarının pozulması kimi qiymətləndirib.

Ağ Ev isə artıq bəyan edib ki, bu qərarı apellyasiya qaydasında mübahisələndirəcək. Administrasiya hesab edir ki, prezident federal obyektləri qorumaq üçün qanuni səlahiyyətlərindən istifadə edib.

Pоrtlendin meri isə məsələni “şişirdilmiş” adlandıraraq, şəhərin tamamilə dinc olduğunu bildirib. Analitiklər isə bunu Trampın Demokratlar tərəfindən idarə olunan şəhərlərdə Milli Qvardiyanı tətbiq etmək planlarına növbəti ciddi zərbə kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR