Onlayn ictimai-siyasi qəzet
Müğənni Yıldız Tilbe konsert marafonuna davam edir.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi dünən axşam Bursa şəhərində verdiyi konsertdə səhnə performansı və gözlənilməz hərəkətləri ilə izləyicilərinə unudulmaz anlar yaşadıb.
Gecənin ən maraqlı anı “Delalım” mahnısı zamanı yaşanıb. Yıldız Tilbe mahnının sonunda parikini çıxararaq rəqs etməyə başlayıb.
Tilbe bir müddət əvvəl İstanbul konsertindən öncə yaşadığı bədbəxt hadisə ilə də gündəmə gəlmişdi. Sənətçi ona hədiyyə edilən ətirdən çox istifadə etdiyi üçün özünü pis hiss etmiş, güclü qoxu səbəbindən səhnəni tərk etmək məcburiyyətində qalmışdı. Qısa fasilədən sonra geyimini dəyişib konsertinə davam etmişdi.
Musavat.com
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ