Onlayn ictimai-siyasi qəzet
Tiflisdə böyük miqdarda silah və partlayıcı maddə ələ keçirilib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (SGB) bildirib ki, bu sursatlar prezident sarayını ələ keçirmə cəhdi ilə eyni vaxtda planlaşdırılan genişmiqyaslı diversiya üçün nəzərdə tutulmuşdu.
Musavat.com xəbər verir ki, təhlükəsizlik orqanlarının məlumatına görə, silahlar “Ukraynada fəaliyyət göstərən birləşmələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə” alınmışdı. Partlayıcı maddələri çatdırmalı olan şəxslər artıq zərərsizləşdirilib.
Qeyd edək ki, Gürcüstanın paytaxtında 4 oktyabr tarixində başlayan iğtişaşlar zamanı 20-dən çox polis əməkdaşı xəsarət alıb. Baş nazir İrakli Kobaxidze Tbilisidə keçirilən mitinqi “cinayət xarakterli aksiya” adlandırıb.
Hazırda ölkənin hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaq aparır və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ