İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Merzə təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Fridrix Merz arasında telefon danışığı baş tutub. Musavat.com xəbər verir ki, məlumatı Netanyahunun ofisi yayıb.

Bildirilir ki, danışıq zamanı əsas diqqət Qəzza zolağındakı vəziyyətə yönəlib. Tərəflər ABŞ prezidenti Donald Trampın Qəzzada sülh nizamlanması planını müzakirə edib və bütün girovların azad edilməsi üçün HƏMAS hərəkatına təzyiqləri davam etdirməyə razılaşıblar.

Netanyahu Merzə İsrailə verdiyi dəstəyə görə təşəkkür edərək, “Qəzza zolağında müharibənin bütün məqsədlərinə, o cümlədən bütün oğurlananların geri qaytarılması və İsrailin təhlükəsizliyinin təmin edilməsinə nail olunana qədər qətiyyətlə hərəkət etməyə davam edəcəyik” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR