İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqorodda raket təhlükəsi elan olundu — şəhərin bir hissəsi işıqsız qaldı

Rusiyanın Belqorod şəhərində raket təhlükəsi rejimi elan edilib.

Musavat.com xəbər verir ki, yerli sakinlər partlayış səsləri və genişmiqyaslı elektrik kəsintiləri barədə məlumat veriblər.

Partlayışlardan sonra şəhərin cənub və mərkəzi hissələrində işıq tamamilə kəsilib, bəzi ərazilərdə isə su təchizatında fasilələr yaranıb. Enerji xidmətinin məlumatına görə, bərpa işləri artıq başlayıb.

Hazırda Belqorod vilayətində raket təhlükəsi rejimi qüvvədədir. Xəstəxanalar və digər kritik obyektlər ehtiyat generatorlarla təmin olunub. Rəsmilər əhalidən sakitlik və təhlükəsizlik qaydalarına riayət etməyi xahiş ediblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR