İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov–Şamanov qarşıdurması: Deputat da Kadırova qarşı çıxdı

Rusiyada Ramzan Kadırovla general Vladimir Şamanov arasında yaranan gərginlik yeni mərhələyə keçib.

Musavat.com xəbər verir ki, Krasnodar şəhər Dumasının deputatı Sergey Klimov açıq şəkildə Kadırova qarşı çıxaraq general Şamanovu müdafiə edib.

Deputat Ramzan Kadırovun “Çeçen xalqından üzr istəməsini tələb edən” çıxışını sərt tənqid edib:

“Ən çox dotasiya alan respublikanın rəhbərinin özünə hər şeyi rəva görməsi çox qəribədir! Onsuz da ölkədə milli münasibətlər kifayət qədər gərgindir, bu cür daxili təxribatlar vəziyyəti daha da qızışdırır. Amma biz Rusiya Qəhrəmanını təhqir etdirməyəcəyik!” – deyə Klimov bildirib.

Qeyd edək ki, bu, Klimovun Kadırovu tənqid etdiyi ilk hal deyil. Daha əvvəl deputat Çeçenistan rəhbərindən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin qarşısında üzr istəməsini də tələb etmişdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR