Onlayn ictimai-siyasi qəzet
HƏMAS hərəkatı bəzi ərəb və beynəlxalq media orqanlarında yayılan iddiaları təkzib edib.
Musavat.com xəbər verir ki, “Al Hadath” kanalı və bir sıra media qurumları HƏMAS-ın silahı yerə qoymağa və atəşkəs razılaşmasına hazır olması barədə məlumatlar yaymışdı. Lakin hərəkatın liderlərindən Məhəmməd Mərdəvi bu xəbərləri əsassız adlandırıb.
O, bu gün – bazar günü yayılan bəyanatında bildirib ki, yayılan məlumatlar HƏMAS-ın mövqeyini təhrif etmək və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.
“Paylaşılan informasiyalar həqiqətə uyğun deyil. Media orqanlarını məsuliyyətli davranmağa, dəqiqlik və obyektivliyə riayət etməyə çağırırıq. HƏMAS-a dair rəsmi açıqlamalar yalnız hərəkatın etibarlı və təsdiqlənmiş kanallarından alınmalıdır”, – deyə Mərdəvi vurğulayıb.
HƏMAS rəhbərliyinin bu bəyanatı Qəzzada atəşkəs danışıqları ilə bağlı müxtəlif versiyaların yayıldığı bir vaxtda diqqət çəkib.
Qeyd edək ki, “Al-Arabiya” telekanalının mənbələrinə əsasən HƏMAS artıq silahlarını Fələstin və Misir nümayəndələrindən ibarət quruma beynəlxalq nəzarət altında təhvil verməyə razılaşdığı haqqında xəbər yayılmışdı.
Məlumatda qeyd olunurdu ki, HƏMAS döyüşçüləri həlak olmuş girovların cəsədlərini axtarmağa başlayıb və Misir vasitəsilə İsraildən hava zərbələrini dayandırmağı xahiş edib.
Mənbələrin bildirdiyinə görə, silahların təhvil prosesi müəyyən vaxt tələb edəcəkdi və bu, ABŞ-ın çevikliyindən asılı olacaqdı.
Məlumatda HƏMAS-ın İsrailin hücumları və ordunun yenidən yerləşdirilməsi ilə bağlı risklərin qarşısını almaq üçün ABŞ-dan zəmanət aldığı bildirilirdi, bundan sonra silahların təhvilinə razılıq verdiyi qeyd olunurdu.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ