İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan HƏMAS-a ultimatum: “Tam məhv ediləcəksiniz!”

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs planı ilə bağlı açıqlamasında HƏMAS-ı hakimiyyətdən imtina etmədiyi təqdirdə “tam məhv” ilə hədələyib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp CNN telekanalının aparıcısı Ceyk Tapperlə yazışmasında bildirib. Tapper Trampdan soruşub ki, əgər HƏMAS onun 20 maddəlik sülh planını qəbul etməsə, nə baş verəcək. Tramp qısa cavab verib:

“Tam məhv!”

Aparıcı, həmçinin Trampdan HƏMAS-ın cavabını necə qiymətləndirdiyini soruşub. O, senator Lindsi Qremin fikrini xatırladaraq qeyd edib ki, HƏMAS faktiki olaraq razılaşmadan imtina edir, çünki silahsızlaşmanı rədd edir, Qəzzada nəzarətin fələstinlilərdə qalmasında israr edir və girovların azad edilməsini danışıqlarla əlaqələndirir.

Tapper sual edib: “Qrem səhv edir?” Tramp cavabında yazıb:

“Baxarıq. Zaman göstərəcək!!!”

O, yaxın vaxtlarda HƏMAS-ın sülhə hazır olub-olmadığının aydınlaşacağını bildirib.

Tramp həmçinin vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın atəşkəs planını və bombardmanların dayandırılmasını dəstəkləyir:

“Bibi ( İsrailin baş naziri Benyamin Netanyahunun ləqəbi) razıdır”, – deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, atəşkəs planının tezliklə reallaşacağına ümidlidir və bunun üçün “yorulmadan çalışdığını” bildirib.

Mənbə: https://edition.cnn.com/2025/10/05/politics/trump-gaza-hamas-netanyahu

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR