Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə “narahatlıq bəyanatı” ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Bu dəfə Sergey Lavrov Karib dənizində Vaşinqtonun eskalasiyaedici addımlarından ciddi narahatlıq ifadə edib.
Bəli, düz eşitdiniz — dünya Rusiyanın Ukraynada başladığı müharibədən, bombardmanlardan, qitəmiqyaslı gərginlikdən qorxur, amma Moskva diplomatiyasının rəhbəri Karib dənizindəki “dalğalardan” narahatdır.
Sanki müharibə, işğal, minlərlə qurban, dağılmış şəhərlər Lavrovun gündəmində deyil — onun “əsas problemi” okeanın o tayında, tropik adalar yaxınlığındadır. Diplomatik ironiyadır, yoxsa siyasi yumor – artıq fərqi qalmayıb.
Lavrovun narahatlığı da Rusiyanın son illərdəki “dünyanı qorxudan siyasəti” kimi – tam tərsinə işləyir: Moskva atəş açır, sonra da dünyadan “sakitlik” tələb edir.
Görünür, Kreml artıq təkcə Avropanı yox, Karibi də “sakitləşdirmə” planına salıb.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ