Onlayn ictimai-siyasi qəzet
Ermənistan Daxili İşlər Nazirliyindən "Sputnik Ermənistan"a verilən məlumata görə, Taşirdə 18 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Musavat.com bildirir ki, Nazirlikdən verilən məlumata görə, şübhəli şəxs azyaşlıdır.
Cinayət oktyabrın 4-də günorta saatlarında baş verib.
Polisə "Təşir" Tibb Mərkəzinə bıçaq xəsarəti olan şəxsin gətirildiyi barədə məlumat daxil olub.
Zərərçəkən özünə gəlmədən dünyasını dəyişib.
İlkin məlumata görə, ölən və qətlə yetirən şəxs Azərbaycanın Xocavənd rayonundan getmiş şəxslərdir.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ