İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şoyqunun qohumuyam” deyib, 2,4 milyon dollarlıq DƏLƏDUZLUQ ETDİ 

Moskvada yaşayan 27 yaşlı Şer­yexon Osmanova adlı Özbəkistan vətəndaşı unikal fırıldaq sxemi quraraq onlarla şəxsi milyonlarla rubl zərərə salıb.

Musavat.com xəbər verir ki, “Mash” nəşrinin məlumatına görə, qadın özünə Şer­ye Şoyqu adıyla saxta sənədlər hazırlayıb və özünü Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun qardaşı qızı kimi təqdim edib. O, bu yolla bir neçə onlarla moskvalını inandırıb ki, guya onun ailəsinə məxsus özəl birja fəaliyyət göstərir.

Fırıldaqçı qadın vəd edib ki, 1,5 milyon rubl (təxminən 18 min dollar) yatırım edənlər hər ay dividend alacaqlar. Bu vədlərə inanan zərərçəkənlərin ümumi itkisi 200 milyon rubldan (təxminən 2,4 milyon dollar) çox olub.

Lakin vəd edilən gəlir reallaşmayıb. Pullarını geri ala bilməyən vətəndaşlar polisə müraciət ediblər. Hazırda hadisə ilə bağlı istintaq aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR